Gəncə incəsənət ustaları Şimali Osetiyada çıxış ediblər. Bu haqda 19 may tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən məlumat veririk.
Şimali Osetiyada Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub. Burada 700-dən çox soydaşımız və digər millətlərin nümayəndələri iştirak ediblər.
Konsertdən öncə Şimali Osetiya – Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov çıxış edərək ulu öndərin ömür yolundan, Azərbaycan xalqının həyatında rolundan danışıb. Tədbir Gəncə Dövlət Filarmoniyasının və Şimali Osetiya – Alaniya incəsənət ustalarının ifaları ilə müşayiət olunan “Xalqlar dostluğu” konserti ilə başa çatıb.