Təxirə salınmış vətəndaş qəbulunun vaxtı açıqlanıb. Bu haqda 8 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə istinadən məlumat veririk.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 11 aprel tarixində saat 10:00-da Naftalan şəhərinə səfər edəcək. Nazir Heydər Əliyev Mərkəzində Gəncə ilə yanaşı, Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, Mingəçevir və Naftalan şəhər sakinlərini də qəbul edəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar 10 aprelədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.