Naxçıvandan Gəncəyə aviareys açılıb.
Rusiyanın İRAERO aviaşirkəti Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirib. İlk uçuş 16 sentyabr tarixində baş tutub.
Reys həftənin cümə axşamı günləri həyata keçiriləcək. Uçuş müddəti 40 dəqiqədir. Təyyarə Naxçıvandan 16:10-da, Gəncədən isə 18:10-da qalxır.
Biletləri Naxçıvan şəhəri və Ordubad rayonunda aviakassalardan almaq olar.