Sakinlər övladları üçün təhsil ocağının olmasını arzu ediblər. Bu haqda məlumatı avqustun 17-si Gancapost.info-ya istinadən veririk.
Natəvan qəsəbəsinin sakinləri övladları üçün məktəb və uşaq bağçasının inşa olunmasını istəyirlər. 2011-ci ildə bu yaşayış massivinə qəsəbə statusu verilib. Burada 5000 əhali yaşayır. 800-ə yaxın mətəbli, 400-ə yaxın bağça yaşlı uşaq var.
Onlar iddia edirlər ki, 2013-cü ildə infrastruktur layihələrin icraatı üçün nəzərdə tutulan torpaq sahəsi şəhər rəhbərliyi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün satışa çıxarılmışdır.
Bu məsələ ilə bağlı aidiyyəti üzrə bir neçə dəfə müraciət edilib. Verilən cavabda bildirilib ki, 640 şagird yerlik məktəb və 140 yerlik bağçanın tikintisi nəzərdə tutulub.