Gəncədə saxlanılan şəxslərin üzərində narkotik vasitələr aşkar edilib. Bu haqda məlumatı iyulun 14-ü Realtv-yə istinadən veririk.
Gəncə şəhər Baş polis İdarəsi trəfindən kompleks əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Nəticədə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daha sonra Əfqan Məmmədov, Elçin Həsənov, Nizami Məmmədov, Rifat Abbasov, Nizami Abdullayev, İsgəndər Cabbarov, Elnur Əliyev, Əjdər Babazadə, Ramiz Əliyev olmaqla, ümumilikdə 12 nəfər saxlanılıb.
Onların üzərinə baxış keçirilən zaman metamfetamin, heroin və digər narkotik vasitələr aşkar olunaraq götürülüb. Maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
