16.4 C
Gence
16.4 C
Gence

Narkotik istifadəçilərinin rəsmi sayı bəlli olub

Gəncədə qeydiyyatda olan narkomanların sayı açıqlanıb. Bu haqda 1 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən məlumat veririk.

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin şəhər və rayonlar üzrə bölgüsü haqda məlumat yayılıb. Bu məlumatlar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.

Qeydiyyatda olan narkomanların sayına görə Gəncə 1178 nəfər göstəricisi ilə ölkə üzrə beşinci yerdə qərarlaşıb. Beləliklə, hər 1000 sakinə düşən narkoman sayı 3 nəfərdir.

Qeyd edək ki, ilk dörd yeri Bakı şəhəri (8565), Lənkəran şəhəri (3837), Sumqayıt şəhəri (3343), Salyan rayonu (1335) paylaşır.

Ən Çox Oxunan