25.3 C
Gence
19.5 C
Ganja

“Narkomaniyaya yox deyək” adlı maarifləndirmə işləri görülür

Gəncə ümumtəhsil müəssisələrində narkomaniyaya qarşı təbliğat xarakterli tədbirlər təşkil edilir. Bu haqda məlumatı iyunun 1-i Kəpəz televiziyasına istinadən veririk.

“Narkomaniyaya yox deyək” devizi altında maarifləndirmə işləri 41 nömrəli tam orta məktəbdə aparılıb. 1-ci polis şöbəsinin rəisi Knyaz Həsənov şagirdlərlə bir araya gəlib.

Şöbə rəisi çıxışında narkotik maddələrdən istifadənin doğura biləcəyi fəsadlar haqda geniş məlumat verib. Belə söhbətlərin sözügedən bəladan yeniyetmə və gənc nəsli qorumaq məqsədilə aparıldığı diqqətə çatdırılıb.