Gəncədə itkin düşən şəxs tapılıb. Bu haqda 1 noyabr tarixində Lent.az-a istinadən məlumat veririk.
Səhər saatlarında 17 yaşlı yeniyetmənin itməsi barədə xəbər paylaşmışdıq. Xaliqverdi Romeş oğlu Süleymanov Beynəlxalq Avtovağzaldan naməlum istiqamətdə gedərək yoxa çıxmışdı.
Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmə tapılıb. Onun yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.