Gəncədə azyaşlı xilas edilib. Bu haqda 17 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Bu gün səhər saatlarında FHN-in “112” qaynar xəttinə uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb edilib. Onlar mənzilin qapısını açaraq nəzarətsiz qalan azyaşlıya müvafiq köməklik göstəriblər.