Gəncədə növbə üstündə dava düşüb. Bu haqda 1 iyun tarixində Report-a istinadən məlumat veririk.
Hadisə ödəmə terminalının qarşısında baş verib. Naməlum şəxs 48 yaşlı şəhər sakini Emin Xeyrəddin oğlu Məmmədovla mübahisə edib. Daha sonra o, Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə ikincinin göz möhtəviyatı xaricə tökülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.