Gəncəli musiqiçinin izləyicisinə verdiyi cavab marağa səbəb olub. Bu haqda 3 aprel tarixində 1news-a istinadən məlumat veririk.
Ötən gün doğum günü olan Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkədə ona “Ən yaddaqalan uşaqlıq xatirəsi” sualını verən izləyicisi ilə xatirələrini bölüşüb. O bildirib ki, uşaqlığı zooparkda keçib.
“Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyü üçün vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür, mən də canlı məxluqların kağıza necə dəyişdirilə biləcəyini anlamıram”.
Qeyd edək ki, HammAli & Navai dueti ilə məşhurlaşan Nəvai Bəkirov 2 aprel 1993-cü ildə Samara şəhərində anadan olub. Əslən Gəncəli olan musiqiçinin uşaqlıq illərinin bir hissəsi burada qohumlarının yanında keçib. O, 5-ci sinfə qədər Moskvada oxuyub. Daha sonra ailəsi ilə Gəncəyə köçüb. Musiqiçi bildirib ki, 11 yaşı olanda ailəsinin maddi vəziyyəti pis olduğu üçün 4 manata çayxanada ofisiant işləyib.