Gəncə sakinlərini sel aparıb. Bu haqda Gencexeber.az-a 26 may tarixində DİN tərəfindən məlumat daxil olub.
Göygöl rayonunun Topalhəsənli kəndini sel basıb. Nəticədə bir sıra fəsadlar yaranıb. Göygöl rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Onlar selə düşən Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyevanı çay axınından xilas ediblər.
Bildirilir ki, həmin şəxslər yüngül bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib.