12.5 C
Gence
10.5 C
Ganja

Muzdla çalışan işçilərin sayı açıqlanıb

Gəncədə sənayedə çalışanların ortalama maaşı bəlli olub. Bu haqda 21 noyabr tarixində Fed.az-a istinadən məlumat veririk.

Gəncə Şəhər Statistika İdarəsi statistik məlumatları açıqlayıb. Bildirilir ki, bu ilin ilk 9 ayında sənaye sektorunda çalışanların orta aylıq əmək haqqı 673,6 manat təşkil edib. Müvafiq dövr ərzində dövlət sektorunda işçilərin ortalama maaşı 650,5, qeyri-dövlət sektorunda isə 705,8 manat təşkil edib.

Hesabat dövründə şəhərdə muzdla çalışan işçilərin sayı 6 867 nəfər olub. Bunlardan 4 002 nəfər dövlət sektorunda, 2 865 nəfər isə qeyri-dövlət sektorunda işləyir.

Ən Çox Oxunan