24.1 C
Gence
24.1 C
Gence

Moskva, Sankt-Peterburq və Mahaçqaladan Gəncəyə əlavə reyslər açılacaq

Rusiyanın 4 aviaşirkəti Gəncəyə reyslər açmağı planlaşdırır. Bu haqda Gancapost.info-ya istinadən məlumat veririk.

Sözügedən məsələ barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Rusiyanın 4 aviaşirkəti Moskva, Sankt-Peterburq və Mahaçqaladan Gəncə şəhərinə reyslər açmağı planlaşdırır. Rusiya Nəqliyyat Nazirliyi Azərbaycan tərəfindən icazə istəyib və işin 90%-i təsdiqlənib.

Səfirin sözlərinə görə, hazırda Rusiyanın 9 aviaşirkəti iki ölkənin şəhərləri arasında həftədə 50-dən çox reys həyata keçirir.

 

Ən Çox Oxunan