21.4 C
Gence
20.5 C
Ganja

Moskva-Gəncə reysi üzrə uçuş günlərinin sayı artıb

Moskvadan Gəncəyə olan reyslərin sayı artıb. Bu haqda 11 iyul tarixində 1News-a istinadən məlumat veririk.

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə reyslərin sayını həftədə 5 dəfəyədək artırıb. Bundan öncə uçuşlar həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri idisə, artıq çərşənbə axşamı və şənbə də əlavə olunub.

Xatırladaq ki, Moskva-Gəncə reysi üzrə uçuşlar “Utair” aviaşirkəti tərəfindən 9 fevral tarixindən həyata keçirilir.