13.6 C
Gence
13.6 C
Gence

Moldovadakı Azərbaycanlılar Konqresi Fransa səfirliyinin qarşısında piket təşkil edib

Moldovada yaşayan həmvətənlərimiz petisiyaya dəstək aksiyası keçiriblər. Bu haqda 7 noyabr tarixində AZfront-a istinadən məlumat veririk.

Piket Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) təşkilati dəstəyi ilə baş tutub. İştirakçılar Fransa səfirliyinin qarşısında Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, həmçinin Avropa İttifaqı (Aİ) ölkələrini ölkəmizdən neft və qaz idxalına embarqo qoymağa çağıran qətnaməyə etiraz ediblər.

Onlar MAK-nın müraciətini Fransa səfirliyinə təqdim ediblər. Burada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Ermənistan tərəfinin hələ də Azərbaycana dəqiq və dolğun mina xəritələrini təqdim etmədiyi, həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə məlumat vermədiyi qeyd olunub.

Aksiya Moldova mediasında rumın və rus dillərində də yayımlanıb.

Xatırladaq ki, Azərbaycanlı fəallar tərəfindən oktyabrın 11-də ermənipərəst qüvvələrin qətnaməsinə qarşı Fransanın Mesopinions.com petisiya saytında ölkənin Senatına və xalqına müraciət yerləşdirilib.

Petisiyaya dəstək aksiyaları 15 oktyabr tarixində Bakıdakı Fransa səfirliyinin qarşısında keçirilib. Daha sonra Azərbaycan diasporunun nümayəndələri oxşar piketləri Rusiyanın Moskva, Qazaxıstanın Astana, Qırğızıstanın Bişkək və Almaniyanın Köln şəhərlərində yerləşən Fransa səfirlikləri və konsulluğu önundə keçiriblər.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN İNGLİS DİLİNDƏ İMZALANMA QAYDASI

Məqaləni qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Biz birlikdə güclüyük!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq

Ən Çox Oxunan