Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 2 fevral tarixində Mənzil Kommunal İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin rəisi Nurəhməd Əhmədov sakinlərlə görüşüb. Burada onların kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, kommunal ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi, küçə işıqlandırılması, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib.
Qəbula yazılan 67 vətəndaşdan 50 nəfəri görüşə qatılıb. 21 nəfərin müraciətləri müvafiq şöbələrə və Ərazi Xidmət Sahələrinə yönləndirilib.