16.4 C
Gence
16.4 C
Gence

MKTİB-nin rəisi vətəndaşları qəbul edib

Gəncədə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi  vətəndaşları qəbul edib. Bu haqda Gencexeber.az birliyə istinadən məlumat verir.

Nurəhməd Əhmədovla görüş zamanı sakinlərin kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi kimi məsələlər üstünlük təşkil edib. İstehsalat Birliyinin fəaliyyət dairəsinə daxil olmayan məsələlər müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qəbula yazılan 22 nəfərdən 16 nəfər iştirak edib, 6 nəfər isə müxtəlif səbəblərdən gəlməyib.

 

Ən Çox Oxunan