Gəncə təmsilçisinin sabiq hücumçusu yeni klubla anlaşıb. Bu haqda 6 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.
“Kəpəz” klubundan ayrılan Mixeil Erqemlidze karyerasını Şimali Makedoniyada davam etdirəcək. Gürcüstanlı hücumçu “Akademiya Pandev” komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı Erqemlidze “Kəpəz”ə mövsümün əvvəlində keçmişdi.