25.8 C
Gence
21.5 C
Ganja

“Minalar və partlamamış döyüş sursatları” mövzusunda dərs keçirilib

Gəncədə “mina təhlükəsizliyi”nə dair dərs keçirilib. Bu haqda məlumat aprelin 26-sı sosial şəbəkələrdə paylaşılıb.

Tədbir 12 nömrəli tam orta məktəbdə baş tutub. Adıçəkilən mövzu çağırışaqədərki hazırlıq fənninin tədrisi çərçivəsində müzakirə predmeti kimi istifadə edilib.

Dərsdə Təhsil Nazirliyinin nümayəndəsi, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, ANAMA-nın və Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

ANAMA-nın əməkdaşları tərəfindən şagirdlərə “Minalar və partlamamış döyüş sursatları” mövzusunda ətraflı məlumat verilib.