18.6 C
Gence
18.6 C
Gence

Minə yaxın türk vətəndaşı Gəncədə səs verib

Türkiyədə aparılan seçkilər üçün Gəncədə minə yaxın insan səsverməyə qatılıb. Bu haqda 8 may tarixində Report-a istinadən məlumat veririk.

Məlumat verdiyimiz kimi, 5-7 may tarixlərində Şəmkir, Şəki, Bərdə, Ağcabədi, Zaqatala, Yevlax, Ağdaş, Tovuz, Mingəçevir, Gədəbəy, Balakən, Qazax, Göygöl, Oğuz, Daşkəsən, Naftalan və bütün Qarabağ bölgəsində yaşayan Türkiyə vətəndaşları Gəncə Konsulluğunda Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri üçün səs veriblər.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, 1000 nəfərə yaxın seçici səsvermədə iştirak edib. Seçki qanunvericiliyə uyğun, tam demokratik şəkildə aparılıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək.

Ən Çox Oxunan