Göygöldə əxlaqsızlıq yuvası təşkil edən şəxs tutulub. Bu haqda 17 may tarixində Patrul.az-a istinadən məlumat veririk.
Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən “Milli Yaylaq Festivalı” ərazisində gözətçi kimi çalışan 63 yaşlı M.Məmmədova hökm oxunub. Onun çadırlardan birində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, yay aylarında “Milli Yaylaq Festivalı” keçiriləndən sonra təşkilatçılar oradakı çadırları sökməməyi və növbəti – 2023-cü ilin yayında keçiriləcək festivala saxlamağı qərara alıblar. Onlar Yeni Zod kənd sakini olan M.Məmmədovla qeyri-rəsmi şəkildə əraziyə gözətçilik etməsi və məvacib olaraq aylıq 400-500 manat ödənilməsinə razılaşıblar. Məmmədovun ona müraciət edən şəxsə pul müqabilində çadırlardan birini icarəyə verməsi məlum olub.
Polis əməkdaşları əməliyyat keçiriblər. Bu vaxt çadırdakı iki nəfər müəyyən edilib və onların ifadələri alınıb. Həmin şəxs Məmmədova çadırın 2 saatlıq icarəsi üçün 41 manat ödədiyini bildirib. Gözətçi barəsindəki cinayət işinin materialları Göygöl Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Məmmədov qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.