Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar üzə çıxıb. Bu haqda 10 may tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər keçirib. Agentliyin əməkdaşları Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milli Süfrə” restoranında qayda pozuntuları aşkar ediblər. İctimai iaşə müəssisəsində baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı müşahidə edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.