14.7 C
Gence
14.7 C
Gence

Milli Qəhrəman Eldar Məmmədovun anım günü keçirilib

Gəncədə Məmmədov Eldar Harun oğlunun anadan olmasının 55 illiyi ilə əlaqədar anım günü keçirilib. Bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Milli Qəhrəman Eldar Məmmədovun anım mərasimi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialında keçirilib. Tədbirdə ilk növbədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilib. Sonda kitabxananın fəal oxucuları Əli Məmmədzadə, Elşən Məmmədov şəhidlər haqqında şeirlər söyləyiblər.

Ən Çox Oxunan