Gəncədə internat tipli gimnaziyada nöqsanlar aşkar edilib. Bu haqda 27 may tarixində Report-a istinadən məlumat veririk.
Ombudsmanın Milli Preventiv Qrupu (MPQ) İnteqrasiya təlimli internat tipli gimnaziyaya əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib. Məqsəd müəssisədəki şəraitin və rəftar məsələlərinin araşdırılması, burada təhsil alan uşaqların hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub.
Yoxlama zamanı gimnaziyanın tibb, psixoloq, sinif otaqlarına, kitabxanaya, ərzaq və inventar anbarına, mətbəxə, yeməkxanaya, idman zalına baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında müəssisədə təhsil alan uşaqlarla, rəhbərlik, müəllimlər və tibb işçiləri ilə fərdi söhbətlər aparılıb.
Nəticədə, 15 nəfərdə nitq qüsuru olmasına baxmayaraq, loqoped ştatının vakant olduğu, korreksiya və reabilitasiya kabinetlərinin mövcud olmadığı aşkarlanıb.

