5.8 C
Gence
5.8 C
Gence

Millət vəkili məktəbin təmirə ehtiyacı olduğunu dilə gətirib

Deputat 2 saylı məktəbin təmir olunmasının vacibliyi məsələsini qaldırıb. Bu haqda iyulun 2-si Kəpəz televiziyasına istinadən məlumat veririk.

Şair Əhməd Cavadın 130 illiyi münasibətilə onun adını daşıyan 2 nömrəli tam orta məktəbin təmirə ehtiyacı var. Bu məsələni Gəncəni təmsil edən millət vəkili Naqif Həmzəyev Milli Məclisdəki çıxışı zamanı dilə gətirib.

Deputat bildirib ki, təhsil ocağının vəziyyəti yaxşı deyil. Həmzəyev aidiyyəti qurum tərəfindən məktəbə baxış keçirilməsinin və lazımi təmir işlərinin görülməsinin vacibliyini dilə gətirib.

Ən Çox Oxunan