Taekvondo üzrə Gəncə kuboku keçirilib. Bu haqda 11 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Metallurq İdman klubunda təşkil olunan turnirdə Gəncə, Samux, Göygöl və Gədəbəydən idmançılar mübarizə aparıb. Yarış 3 yaş qrupunda – yeniyetmə, kadet və gənclər arasında keçirilib. Burada 150-yə yaxın qız və oğlan taekvondoçular iştirak edib.
Sonda qaliblər medal və diplomlarla təltif olunublar.