24.8 C
Gence
24.8 C
Gence

İmamzadə Dini Kompleksində anım tədbiri keçirilib

Gəncədə yerləşən İmamzadə Dini Kompleksində Vətən Müharibəsinin ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Bu haqda Gencexeber.az 27 sentyabr tarixində Apa.az-a istinadən xəbər verir.

Tədbir zamanı şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib. İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış edib. O, 44 gün ərzində Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışıb.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Ən Çox Oxunan