19.7 C
Gence
19.7 C
Gence

“İmamzadə”də ehsan verilib

Gəncədə şəhid ailələrinin iştirakı ilə tədbir baş tutub. Bu haqda 11 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbir İcra Hakimiyyətinin dəstəyi, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin və “İmamzadə” ziyarətgah dini icmasının təşkilatçılığı ilə “İmamzadə” ziyarətgah dini kompleksində keçirilib. Burada Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədr müavini, QMİ Qazılar Şurasının üzvü, DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri, Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi, Gəncə Yəhudi Dini İcmasının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, müharibə iştirakçıları və şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar. Daha sonra ulu öndərin ruhuna dualar oxunub, əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Ən Çox Oxunan