18.6 C
Gence
18.6 C
Gence

Mahrasa bağında sakinlərin narazılığına səbəb olan işlər dayandırılıb

Gəncədə sakinlərin narazılığına səbəb olan hal aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 14 aprel tarixində məlumat daxil olub.

Şəhərin Mahrasa bağı adlanan ərazisində 10-cu binanın qarşısında köhnə uşaq meydançası və stadionu olan yeri hasara almışdılar. Sakinlər burada torpağın satıldığını və hündürmərtəbəli binanın tikiləcəyini deyirdilər.

Bu hal həmin ərazidə yaşayan əhalinin narazılığına səbəb olmuşdu. Onlar tikintinin aparılmaması üçün əllərindən gələni edəcəklərini bildirmişdilər.

Bu gün səhər saatlarında qurulmuş hasar sökülüb və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Ən Çox Oxunan