Gəncədə əmək yarmarkası keçiriləcək. Bu haqda 10 aprel tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.
Tədbir Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə təşkil olunur. “Azəri Sales and Service” MMC-də cilalayıcı, paketləyici, rəngsaz köməkçisi, dərzi və fəhlə (yük daşıyan) vakansiyaları üzrə işə qəbul olunmaq istəyən şəxslər 12 aprel saat 10:00-dan 13:00-dək təşkil ediləcək yarmarkaya qatıla bilərlər.
Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Onların CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV yoxdursa, Dövlət Məşğulluq Agentliyinin CV Yarat platformasından (www.cvyarat.az) yararlanmaq olar. Burada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, öz CV-nizi PDF formatında əldə edə bilərsiniz.
Qeyd edək ki, yarmarka Məmməd Xələfov, 122 (Gəncə-Daşkəsən RMF-nin inzibati binası) ünvanında təşkil olunacaq.