12.5 C
Gence
10.5 C
Ganja

Müsabiqə yolu ilə torpaq sahələri və nəqliyyat vasitələri satılacaq

Gəncədə növbəti müsabiqə baş tutacaq. Bu haqda 18 noyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.

Müsabiqəyə torpaq sahələri və nəqliyyat vasitəsi qoyulacaq. Torpaq ərazilərinin ümumi sahələri 50, 392, 400, 492 və 664 kvadratmetr təşkil edir. Torpaq sahələrinin 4-ü fərdi yaşayış evi, biri isə sahibkarlıq məqsədilə satılır.

Daşınar əmlak isə “VAZ 2107” markalı avtomobildir. 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 20-CS-111-dir.

Torpaq sahələri 21 dekabr 15:00-da, avtomobil isə 29 noyabr saat 12:00-da satışa çıxarılacaq. Ətraflı məlumat üçün aşağıdakı linklərə daxil olmaq lazımdır:

https://shorturl.at/zHR49

https://shorturl.at/ayTZ5.

Ən Çox Oxunan