Gəncədə xəstəxanalardan birinə yeni avadanlıqlar gətiriləcək. Bu haqda 17 aprel tarixində TƏBİB-ə istinadən məlumat veririk.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ginekoloji, uroloji və ümumi cərrahi əməliyyatların qapalı üsulla icrası üçün lazımi alətlər və aksesuarlar daxil olmaqla 18 dəst laparoskopik cihaz alınıb. İlkin mərhələdə laparoskopik cihazlarla Gəncə şəhər mərkəzi xəstəxanası təchiz olunacaq.
Laparoskopik metodla aparılan əməliyyatın üstünlüyü odur ki, ənənəvi cərrahi üsullardan fərqli olaraq, daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur.