19.7 C
Gence
19.7 C
Gence

Mənzillərin birində Fətəli Xan Xoyskinin qohumunun meyiti tapılıb

Gəncədə mənzildə tapılan meyitin kimliyi məlum olub. Bu haqda 17 may tarixində Report-a istinadən məlumat veririk.

Ötən gün FHN xilasedicilərinin Əziz Əliyev küçəsi, bina 5-dəki mənzillərin birində meyit aşkar etməsi barədə məlumat vermişdik. Cəsədin Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun 75 yaşlı nəvəsi Azad Cəfər oğlu Xan Xoyskiyə məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.

O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Mərhum tarix elmləri doktoru, professor olub.

Ən Çox Oxunan