Müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Bu haqda 20 fevral tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
İlkin araşdırmalar nəticəsində 34 yaşlı Əliyev Turxan Tofiq oğlunun və 23 yaşlı Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etdikləri müəyyənləşib.
Qafqazinfo.az-dan verilən məlumata əsasən, məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.