19 C
Gence
19 C
Gence

“Mən belə dəhşətli faciəni təsəvvür edə bilmirdim” – Antonio Anastasiya Gəncə səfərində söyləyib

Braziliya-Azərbaycan parlamentlər arası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Gəncəyə səfər edib. Bu haqda Gencexeber.az 1 noyabr tarixində “Kəpəz” televiziyasına istinadən məlumat verir.

Antonio Anastasiya hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.

“Bu mənim Azərbaycana ikinci səfərimdir. Gəncədə ermənistanın raket atəşinə tutduğu ərazidə vəziyyəti gördüm, bura gəlməzdən əvvəl mən belə dəhşətli faciəni təsəvvür edə bilmirdim.”

Ona bildirilib ki, ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı beynəlxalq hüququ və normaları kobud şəkildə pozub.

Ən Çox Oxunan