Gəncədə müəllimlərlə görüş baş tutub. Bu haqda 12 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Təhsil İnstitutu tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri, Goranboy-Naftalan, Göygöl, Daşkəsən və Samux rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə keçirilib.
Tədbirdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Təhsil İnstitutunun əməkdaşları sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar veriblər.
Görüş müddətində dinləyiciləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.