16.9 C
Gence
12.5 C
Ganja

Məktəbliyə narkotik verilməsi ilə bağlı rəsmi açıqlama

Gəncədə şagirdə narkotik verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Bu haqda 30 oktyabr tarixində DİN-ə istinadən məlumat veririk.

Bəzi sosial şəbəkələrdə məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı iddialar yayılıb. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun redaksiyamıza verdiyi məlumata əsasən, həmin məktəbli və valideyni müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, səs yazısındakı iddialar tam əsassızdır.

Şagird sorğulara cavabda bildirib ki, o, məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görərək qorxub.

Bundan başqa, müvafiq ekspertiza təyin olunub. Rəyə əsasən, onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb.

Ən Çox Oxunan