Gəncəli şagird Respublika turnirində qalib olub. Bu haqda 28 mart tarixində şəhər 1 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.
Azərbaycan Milli Karate Federasiyasının Gəncə Regional şöbəsi yeniyetmələr arasında Respublika turniri keçirib. Məktəbin 5b sinif şagirdi Həsən Məmmədov 10-11 yaşlılar arasında 40 kiloqram çəki dərəcəsi üzrə bütün rəqiblərini məğlub edərək I yerə layiq görülüb. O, diplom və medalla təltif olunub.