Gəncəli məktəbli beynəlxalq turnirdə uğur qazanıb. Bu haqda 11 noyabr tarixində 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyə istinadən məlumat veririk.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı təşkil edilib. Burada Gəncə şəhər 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin VII sinif şagirdi Xəlil Allahverdiyev də mübarizə aparıb.
Məktəblimiz festivalın üçüncü günündə cıdır və yorğa yarışlarında doğma şəhəri və “Yurd” Atçılıq Klubunu təmsil edib və “Ağçınqıl” adlı at uzərində 2400 metr məsafədə “Ağdam Kuboku”nu qazanıb.