3 nömrəli tam orta məktəbin şagirdlərinin zəhərlənmə səbəbi bəlli olub. Bu haqda 7 oktyabr tarixində Report-a istinadən məlumat veririk.
Bu gün 6 “b” sinfinin şagirdləri texnologiya dərsində hazırladıqları salatdan özlərini pis hiss ediblər.
“Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilmişdir. Salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər”,- məktəbdən qeyd edilib.