Gəncədə məktəbli yazarlarla növbəti görüş baş tutub. Bu haqda 17 yanvar tarixində sosial şəbəkələrdə məlumat paylaşılıb.
“Məktəblilərin Poeziya Klubu” iştirakçılarının 13 nömrəli məktəbin ədəbiyyat müəllimi Mərquşə İbrahimova ilə görüşü keçirilib. O, şagirdlərin yazı nümunələrini dinləyib, rəy və tövsiyələr verib.
Sonra Mərquşə İbrahimova öz şeirlərindən nümunələr səsləndirib və iştirakçıların diqqətini bədii qiraətin vacibliyinə yönəldib.