25.8 C
Gence
25.8 C
Gence

Məktəblilərimiz “Xəmsə möcüzəsi” müsabiqəsində qalib olublar

Gəncə məktəbliləri respublika müsabiqəsində uğur qazanıblar. Bu haqda 25 fevral tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqəsi keçirilib. Burada şəhərimizi Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri təmsil ediblər. Nizami yurdunun yetirmələrindən Aysun Məmmədova təsviri sənət nominasiyası üzrə I, Mədinə Hüseynova isə dekorativ tətbiqi sənət nominasiyası üzrə III yerə layiq görülüblər.

 

Ən Çox Oxunan