13.6 C
Gence
13.6 C
Gence

Məktəblilərimiz respublika olimpiadasının finalına vəsiqə qazanıblar

Gəncədə lisey şagirdləri respublika olimpiadasının finalına çıxıblar. Bu haqda 16 noyabr tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyə istinadən məlumat veririk.

Görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olmuş Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş 8-9-cu sinif şagirdləri arasında 2-ci fizika müsabiqəsi keçirilir. Bilik yarışının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Belə ki, müsabiqəyə qatılan Gəncə məktəbliləri Tariyel Əhmədov, Əli Mehdiyev, Fərid Qurbanov və İsmayıl İsmayılov final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, müsabiqə 8-9-cu siniflərdə oxuyan şagirdlər arasında keçirilir.

Ən Çox Oxunan