12.5 C
Gence
10.5 C
Ganja

Məktəblilərimiz “Azercell Cup 2021” müsabiqəsində uğur qazanıblar

Gəncədə məktəblilər müsabiqə qalibi olublar. Bu haqda 30 aprel tarixində Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyə istinadən məlumat veririk.

Təhsil Nazirliyi və “Azercell Telekom” MMC tərəfindən proqramlaşdırma üzrə “Azercell Cup 2021” müsabiqəsi keçirilib. Məktəblilərimiz yarışda iştirak edərək uğur qazanıblar. FRİTL-in 5 şagirdi qalib olub. Onların adlarını təqdim edirik:

  • Ayan Kərimova;
  • Leyla Hacızadə;
  • Xanlar İsmayılov;
  • Səidə Yahyayeva;
  • Emil Əliyev.

Qaliblərin mükafatlandırılması Azercell Palace-da keçirilib.

 

Ən Çox Oxunan