11.9 C
Gence
11.9 C
Gence

Məktəblilər arasında minifutbol turniri baş tutub

Gəncədə yeniyetmələr arasında yarış keçirilib. Bu haqda 18 mart tarixində Fiziki Tərbiyə Müəllimləri Assosiasiyasına istinadən məlumat veririk.

Minifutbol turniri Fiziki Tərbiyə Müəllimləri Assosiasiyası və Gəncə İdman Liseyinin birgə təşkilatçılığı ilə Gəncə İdman Liseyində təşkil olunub. Yarış Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

Burada ümumtəhsil məktəblərinin komandaları mübarizə aparıblar. Yarışın sonunda qaliblər diplom və medallarla təltif ediliblər.

Ən Çox Oxunan