Gəncədə məktəblilər kubok uğrunda mübarizə aparıblar. Bu haqda 22 avqust tarixində 32 nömrəli məktəbə istinadən xəbər veririk.
Məktəblər arasında “Nə? Harada? Nə zaman?” yarışı üzrə Gəncə şəhər açıq kubok oyunu baş tutub. Burada 16 nömrəli tam orta məktəbin “Dragonlar” komandası II yerə, 32 nömrəli tam orta məktəbin “Mübariz” komandası isə III yerə layiq görülüb. Birinci yerə isə Goranboy rayon Faxralı kənd tam orta məktəbinin “Zəngəzur” komandası çıxıb.
Qeyd edək ki, yarış Elm və Təhsil Nazirliyinin dəstəyi, Kapital bank və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə keçirilib.