13 C
Gence
8.5 C
Ganja

Məktəbəhazırlıq məşğələlərinə start verilib

Gəncədə məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Bu haqda 2 oktyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.

2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin  məktəbəhazırlıq qruplarına 5 501 uşaq qeydiyyadan keçib. Burada “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dərslər həftədə 4 gün olmaqla 12 məşğələ təşkil edir.

Hazırlıqların məqsədi 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsinə nail olmaqdır.

Qeyd edək ki, məşğələlər mayın 31-də başa çatacaq.

Ən Çox Oxunan