Gəncədə mağazalardan birində qayda pozuntuları üzə çıxıb. Bu haqda 20 may tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri şəhər ərazisindəki ticarət obyektlərində reyd keçiriblər. Nəticədə Şah İsmayıl Xətai prospekti, 84 ünvanında yerləşən “Xanımın dükanı” ərzaq mağazasında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları üzə çıxıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.