Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 10 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. “Bazarstore” MMC-nin ümumi sahəsi 1210 kvadratmetr olan mağazasının anbarında sahəsi 6 kvadratmetrlik iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Mağazanın qalan hissəsi alovdan mühafizə olunub.